Federal Rezerv Sistemi

1913-cü ildə yaranmış ABŞ dövlətinin mərkəzi bankı funksiyalarını yerinə yetirən müstəqil qurumdur. Federal Rezerv Sisteminin idarə heyəti ABŞ prezidenti tərəfindən seçilir. Federal Rezerv Sistemi İdarə Heyətindən, 12 Federal Rezerv Bankından və onların 24 filialından və Sistemə üzv olan bütün federal və ştat banklarından ibarətdir.
Federal Fondların Uçot Faiz Dərəcəsi
Federasiya
OBASTAN VİKİ
Federal Rezerv Sistemi
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. == Ümumi məlumat == 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES == FES-in strukturu == on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar FES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuraları fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Federal kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). == Ədəbiyyat == Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Federal memarlıq
Federal, üslublu memarlıq — 1780-1830-cu illər arasında Şimali Amerikada yaranıb genişlənən memarlıq adı. Xüsusilə 1785-ci ildən 1815-ci ilə qədər bu memarlıq üslubu üstünlük təşkil etmişdir. Bu üslub öz adını yarandığı dövrü ilə - ölkənin federal müddəti ilə bölüşdürmüşdür. Federal üslubu ismi eyni zamanda, Birləşmiş Ştatlarında mebel dizaynı ilə birlikdə istifadə olunur. Üslub daha çox orta sinif klassisizm, almandilli torpaqlarda Biedermeier üslubu ilə uyğunluq təşkil edir. Eyni zamanda Britaniyada Regency üslubuna uyğundur. == İstindalar == == Xarici keçidlər == Federal-üslub memarlıq anlayışı Arxivləşdirilib 2008-02-22 at the Wayback Machine Federal-üslub memarlıq ilə tanışlıq Federal Style, 1780-1820 - Coleman-Hollister Evi Federal üsluba Nümunələr (1780-1820) Federal üslubun tədqiqat biblioqrafiyası, federal Evlərin fotoşəkilləri.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Federal şəhər
Federal şəhər — Almaniya, İsveçrə və Rusiyanın müəyyən şəhərləri üçün istifadə olunan ifadə. == Almaniya == Almaniyada keçmiş Qərbi Almaniyanın paytaxtı Bonn unikal federal şəhər (Bundesstadt) adı ilə təyin edilmişdir. 28 aprel 1994-cü ildən Almaniya Prezidentinin, Almaniya kanslerinin, Bundesratın (yuxarı palata) ikinci rəsmi iqamətgahı, altı federal nazirliyin və təxminən 20 federal orqanın əsas rəsmi iqamətgahıdır. Bu, sadəcə bir başlıqdır, çünki Bonn, bir çox digər Almaniya şəhərləri kimi, müstəqil bir şəhərdir, lakin bir dövlətin bir hissəsidir. == Rusiya == Rusiya konstitusiyasında qeyd olunur ki, onun federal əhəmiyyətli üç şəhəri var: Moskva, Sankt-Peterburq və Sevastopol. == İsveçrə == Federal şəhər İsveçrə parlamentinin və hökumətinin oturduğu yer olduğu üçün Bernin rəsmi adıdır. == Digər == Boqota, Braziliya, Buenos-Ayres, Kanberra, Karakas, Cakarta, Mexiko, Astana, Seul və Vaşinqton kimi bəzi milli paytaxtlar federal statusa malikdirlər, heç bir əyalətə və ya əyalətə aid deyillər (yaxud əyalətdirlər). Berlin, Dehli, Moskva, Oslo, Praqa, Sofiya və digər şəhərlərdə olduğu kimi, öz əyaləti. Bəzən buna federal rayon deyilir.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Federal fondlar
Federal fondlar (ing. federal funds (Fed funds)) — Federal Ehtiyat Banklarında həmişə mövcud ehtiyat qalıqları. Fed fondları kommersiya bankları və iri korporasiyalar tərəfindən bir-birinə kredit vermək üçün, ilk növbədə, bir gecədə (overnight, overnayt kreditləri) geniş istifadə olunur. “Federal fondların dərəcəsi, Federal Ehtiyat Sisteminin (ing. federal funds rate) — üzvü olan bankların bir-birinə bir gecəlik kredit vermə dərəcəsidir.” ABŞ Federal Ehtiyat Sistemi federal fondların dərəcəsini təyin etsə də, bir gecəlik kredit qiymətləri bazarın müəyyən etdiyi kimi dəyişir.
Federal bölgə
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Federal ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Almaniyanın Federal Kansleri
Federal kansler (alm. Bundeskanzler‎) – Almaniya Federativ Respublikasında hökumət başçısı. == Tarix == Federal kansleri vəzifəsi 1949-cu ildən mövcuddur. İlk Federal kansleri Konrad Adenauer olub. Bu günə kimi Federal Kansleri kürsüsünə yalnız Xristian-Demokratik Birliyinin (CDU) və ya Almaniya Sosial Demokrat Partiyasının (SPD) namizədləri seçilmişdir.
Baiya Federal Universiteti
Baiya Federal Universiteti (port. Universidade Federal da Bahia və ya qısaca UFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
Baiya Federal İnstitutu
Baiya Federal İnstitutu (isp. Instituto Federal da Bahia — IFBA) — Braziliyanın Salvador şəhərində yerləşən dövlət universiteti.
Mərkəz Federal Dairəsi
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri. == İqtisadiyyatı == Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur.
Rusiyanın Federal şəhərləri
Qalın mətnRusiya Federasiyası 83 subyektdən ibarətdir və onun 2-si — Moskva və Sankt-Peterburq federal əhəmiyyətli şəhərlərdir. Bununla yanaşı, Baykonur kosmodromunu Qazaxıstandan icarəyə götürdüyü müddət ərzində Baykonur da Rusiya Federasiyası üçün federal əhəmiyyətli şəhər statusunu daşıyır. Buna baxmayaraq, Baykonur Rusiya Federasiyasının subyekti statusuna malik deyil.
Rusiyanın federal dairələri
Rusiya Federasiyasının Federal Dairələri — Rusiya prezidenti V. V. Putinin 849 nömrəli "Federal dairədə Rusiya Federasiyasının Prezidentinin səlahiyyətli nümayəndəsi haqqında" 13 may 2000-ci il fərmanına əsasən yaradılmışdılar.
Sibir Federal Dairəsi
Sibir federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri.
Ural Federal Dairəsi
Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ərazi Orta, qismən Şimali və Cənubi Uralı, həmçinin ona bitişik Şərqi Avropa və Qərbi Sibir düzənliklərinin bir hissəsini əhatə edir. Tərkibinə Başqortostan və Udmurt respublikaları, Kurqan, Orenburq, Perm, Sverdlovsk, Çelyabinsk vilayətləri daxildir. Sahəsi 1.818.497 km²-dir == İqtisadiyyatı == Faydalı qazıntılarla (neft, təbii qaz, metal və qeyri-metal filizlər və s.) zəngindir. Sənayesi kənd təsərrüfatına nisbətən xeyli üstünlük təşkil edir. Əsas sənaye sahələri qara və əlvan metallurgiua, maşınqayırmadır. Ümumrusiya əhəmiyyətli mədən-kimya sənayesi, ağac tədarükü və qazçıxarma inkişaf etmişdir. Kənd təsərrüfatında taxılçılıq və ətlik-südlük heyvandarlıq mühüm yer tutur. Nəqliyyatın əksər növləri inkişaf etmişdir. == Məşhur yerlilər == Sergey Svetlakov-şoumen, televiziya aparıcısı, aktyor, prodüser, ssenarist Alexander Maslyakov-teleaparıcı, televiziya prodüseri Semyon Altov-Yumorist yazıçı Aleksey Balabanov-kinorejissor, prodüser, ssenarist Yuri Loza-müğənni, bəstəkar Alexander Malinin-müğənni İqor Altuşkin-sahibkar, " Rus mis Şirkəti "nin təsisçisi və direktorlar şurasının sədri.
Venesuelanın federal mülkiyyəti
Federal mülkiyyət (isp. Dependencias Federales), Venesuelanın federal mülkiyyəti hərdən səhvən: Ştat federal mülkiyyət (isp. Estado Dependencias Federales) — Venesuelanın ayrı bir inzibati və ərazi vahidi, Karib və Venesuela Körfəzində adalarından (12 ada qrupu) əksəriyyətini birləşdirən ada.
Volqa Federal Dairəsi
Volqa Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir. == İqtisadiyyatı == Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.
Volqayanı Federal Dairəsi
Volqa Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir. == İqtisadiyyatı == Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.
İsveçrə Federal sarayı
İsveçrə Federal sarayı (alm.Bundeshaus; fr.Palais fédéral; it.Palazzo federale; lat.Curia Confoederationis Helveticae) İsveçrənin Bern şəhərində yerləşən və İsveçrə Federal Məclisinə ev sahibliyi edən tarixi bina. == Tarixi == Saray memar Hans Auer tərəfindən dizayn edilmiş və 1 aprel 1902-ci ildə istifadəyə verilmişdir. Binanın tikilməsinə 7.198.000 İsveçrə frankı xərclənmişdir. == Quruluşu == Sarayın qübbəsinin iç hissəsində İsveçrə gerbi təsvir olunmuşdur. Gerbin ətrafinda Latınca "Unus pro omnibus, omnes pro uno" (Birimiz hamımız, hamımız birimiz üçün) yazısı yazılmışdır. Qübbənin üzərində isə İsveçrənin 22 kantonunun (1902-ci il) gerbi ilə bəzədilmişdir. Daha sonra qurulan Yura kantonunun gerbi mozaikanın xaricində təsvir olunmuşdur.
Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır. FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.
Alman Federal Bankı
Alman federal bankı (alm. Deutsche Bundesbank‎, qısaca: Bundesbank və ya Doyçe Bundesbank adlarından da istifadə olunur) — Almaniyanın mərkəzi bankı. == Tarixi == 1875–1945-ci illər — Almaniyanın mərkəzi emissiya bankı Reyxsbank idi. 1946–1948 — Qərbi Almaniyada 11 torpağın hər birində Reyxsbankın filialları əsasında Mərkəzi bank yaradıldı. 1948–1957-ci illər — emitent banklar sisteminə dövlətlərin mərkəzi bankları vasitəsilə əməliyyatlar aparan Almaniya Torpaqları Bankı rəhbərlik edirdi. 1957–1990-cı illər — Alman Torpaqları Bankının dövlətlərin mərkəzi bankları ilə birləşməsi nəticəsində Almaniya Federal Bankı yaradılmışdır. 1990–1993-cü illər -— Berlin divarının dağılmasından və Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikasının birləşməsindən sonra alman markası birləşmiş Almaniya üçün yeganə ödəniş vasitəsi oldu. 1993–2001 — Maastrixt müqaviləsinin şərtlərinə uyğun olaraq avronun ümumavropa valyutası kimi dövriyyəyə buraxılması və Avropa Mərkəzi Banklar Sisteminin (ESCB) yaradılması qərara alındı. 2001-ci ildən etibarən — avronun emissiya funksiyaları Avropa Mərkəzi Bankına (ECB) verildi. == Funksiyalar == AFR Bank Qanununa və digər xüsusi qanunlara uyğun olaraq, Bundesbank pul dövriyyəsini və krediti tənzimləmək funksiyalarını yerinə yetirir: Əməliyyatlar üçün faiz və endirim dərəcələrinin müəyyən edilməsi.
Almaniya federal hökuməti
Federal Kabinet (alm. Bundeskabinett‎) və ya Almaniya Konstitusiyasına görə, Federal hökumət (alm. Bundesregierung‎) — Almaniya Federativ Respublikasının əsas icraedici orqanıdır. Federal kansler və kabinet nazirlərindən ibarətdir. Nazirlər Kabinetinin təşkilinin əsasları, habelə onun seçilməsi və təyin edilməsi üsulu, vəzifədən azad edilmə qaydası Konstitusiyanın (Grundgesetz) 62–69-cu maddələrində müəyyən edilmişdir. == Kabinet == Almaniyanın hazırkı və 24-cü kabineti 8 dekabr 2021-ci il tarixindən etibarən fəaliyyət göstərir.

Digər lüğətlərdə